Mən bitdi demədən, bitməz! – Fatih Terimbackend

Mən bitdi demədən, bitməz! – Fatih Terim

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qalatasaray”da 4-cü dövrünü başa vuran və İtaliyaya dönmək üçün mesaj verən məşhur türkiyəli məşqçi Fatih Terim maraqlı açıqlamalarla çıxış edib.

NOCOMMENT.az “TRT Haber”ə istinadən xəbər verir ki, məşqçi “mən bitdi deməyincə hekayəm bitməz” deyərək, barəsində yayılan şayiələrə münasibət bildirib.

Terim futbolun həyatının bir parçası olduğunu vurğulayıb:

“Həyatım futboldur. Ən yaxşı gördüyüm iş olaraq bunu bilirəm. Mən bitdi deməyincə hekayəm bitməz. Mənim adıma fikir bildirənlər var, amma bitməz.

İndiyə qədər çox danışmadım. Bundan sonra sosial mediadan bir az daha aktiv istifadə edəcəyəm. Yaxın zamanda sizə nəyin lazım olduğunu deyəcəyik. Bizim nə etmək istədiyimizi hamı anlayacaq”.

Məşqçi eyni zamanda, bir çox milli komandalar və klublardan fövqəladə rəqəmlərlə bağlı təkliflər gəldiyini, amma hamısını rədd etdini vurğulayıb.