“Mən bunu çox tez həll edərəm” – ABŞ prezidentibackend

“Mən bunu çox tez həll edərəm” – ABŞ prezidenti

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp Əfqanıstan-Pakistan böhranını “çox tez” həll edə biləcəyini deyib.

NOCOMMENT.az “Associated Press” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Malayziyada keçirilən ASEAN sammiti zamanı deyib.

“Mən eşitmişəm ki, Pakistan və Əfqanıstan artıq bu [danışıqlar] üzərində işləməyə başlayıb. Amma mən kömək edə bilərəm və bunu tez edəcəyəm”, – Tramp vurğulayıb.

Bu ay Əfqanıstan və Pakistan sərhədində döyüşlər başlayıb. Münaqişə İslamabadın Taliban hökumətindən yaraqlılara əncam çəkməsini tələb etməsindən sonra qızışıb. Pakistan tərəfi həmin yaraqlıların Əfqanıstandakı sığınacaqlardan hərəkət etdiklərinə diqqəti cəlb edib.

Taliban isə öz növbəsində Pakistan hərbçilərini dezinformasiya yaymaq, sərhəddə gərginlik yaratmaq və İŞİD-ə bağlı yaraqlılara sığınacaq vermək yolu ilə Əfqanıstana qarşı sui-qəsd hazırlamaqda ittiham edir.

Xatirə SADİQ