NOCOMMENT.az xəbər verir ki, onun sözlərinə görə, iki gündür ki, məni səhər tezdən yuxudan oyadan zənglər alıram. Səbəb? Müştərilərimdən biri kredit götürüb və ya pul alıb, hər nədirsə – gecikmə düşüb. Adı “problemli” kimi göründüyünə görə başlayıblar onun kontaktındakı bütün nömrələrə zəng vurmağa.
Bu nə dərəcədə düzgündür? Kiminsə kontaktına baxıb əlaqəsi olmayan adamlara zəng etmək nə qədər məntiqlidir? Mən ayda–ildə bir dəfə saçını kəsmişəm, kraska qoymuşam. Mən gedib kiminsə borcunu ödəyəcəm?
Ayıbdır vallah, çox böyük ayıbdır. İnsanların şəxsi kontaktlarına girib hamını narahat etmək heç etik deyil. Bəlkə kimsə istəmir ki, tanışının borcunu başqası bilsin? Məxfiliyin pozulması deyil bəs bu?
İki gündür deyirəm ki, bu xanımın borcunun mənə heç bir aidiyyatı yoxdur, amma yenə zəng edirlər. Düşünürəm ki, bu haqda daha çox şikayətlər və paylaşımlar olsa, bəlkə bu özbaşınalıqdan əl çəkərlər.”













