Mən şəhid olandan sonra Qarabağ alınacaq deyən XTQ ŞƏHİDİ – FOTObackend

Mən şəhid olandan sonra Qarabağ alınacaq deyən XTQ ŞƏHİDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hələ Tovuz döyüşlərindən “Görəcəksiz mən şəhid olandan sonra Qarabağ alınacaq” deyən XTQ-in giziri şəhid Xəlilov Namiq İlyas oğlu da Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanlardan oldu.

NOCOMMENT-in məlumatına görə 15 iyun 1992-ci ilde Şirvan şəhərində doğulan Xəlilov Namiq  2009-cu ildə məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Hərbi xidməti bitirdikdən sonra XTQ kursuna seçilərək 2010-cu ildən N sayli hərbi hissədə gizir olaraq xidmətə başlayıb.

Xidməti dövründə Türkiyə ve Gürcüstanda müəyyən kurslara qatılaraq naliyyətlər əldə edən şəhid gizirimiz eyni zamanda Türkiyədə keçirilən “EFES-2018” Çoxmillətli Ortaq Xüsusi Təyinatlı Qüvvələr yığma komandasında da uğurla iştirak etmişdir. O, “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli“Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medallları ilə də təltif olunub.

2016-cı il aprel ayında Talış kəndi ətrafındakı yüksəkliklər uğrunda döyüşən  Xəlilov Namiq 2020-ci il sentyabrın 27-dən başlayan Vətən müharibəsində Murov yüksəkliyi, Kəlbəcər və Hadrut istiqamətlərində ön sıralarda döyüşüb. Füzuli şəhərinin azad olunması uğrunda qəhrəmancasına vuruşan hərbçimiz 16 oktyabrda şəhidlik zirvəsinə yüksəlib.

Oktyabrın 17-də Şirvan şəhər Şəhidlər xiyabanında dəfn edilən şəhidimiz ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”“Hərbi xidmətlərə görə” medalları ilə də təltif edilib.

Şəhidimizin İki övladı – 3 yaşlı oğlu və 1 yaşlı qızı var. Müharibə ərəfəsində ailəsi ilə tez-tez danışa bilməsə də, sonuncu dəfə oktyabrın 11-də əlaqə saxlayıb….

Allah rəhmət eləsin…!

Jalə Bədirova