Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu dini və maarifləndirici xarakterli ədəbiyyatların çapı ilə bağlı elan etdiyi satınalmanı ləğv edib.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, satınalmanın ehtimal olunan dəyəri 83.950 manat idi.
Tenderin ləğv edilməsinə səbəb nəzarət orqanının 05 dekabr 2025-ci il tarixli AİBNDA/SQ-13441/2025 nömrəli qərarı olub. Qərara əsasən, prosesə tam şəkildə xitam verilib.
Fond tenderin ləğv edilməsi barədə müvafiq protokolu rəsmiləşdirib.













