Məni narahat etməyə ehtiyac yoxdur – Ramiz Məlikbackend

Məni narahat etməyə ehtiyac yoxdur – Ramiz Məlik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xalq artisti Ramiz Məlikin səhhəti yaxşılaşır.

NOCOMMENT.az oxu.az-a istinadla xəbər verir ki, bu barədə aktyorun özü məlumat yayıb.

O bildirib: “Səhhətim yavaş-yavaş yaxşılaşır. Hazırda yaxşıyam. Hər şey qaydasındadır. Müalicələrimi də davam etdirirəm. Məni narahat etməyə ehtiyac yoxdur”.

Qeyd edək ki, bu günlərdə Əməkdar artist, Akademik Milli Dram Teatrının aktyoru Aslan Şirin onkoloji xəstəlikdən əziyyət çəkən Xalq artisti Ramiz Məliklə fotosunu paylaşmışdı. R.Məlikin xeyli çəki itirməsi diqqətləri cəlb edib.