Məni Ramiz Mehdiyev yox, Əbdürrəhman Vəzirov işdən çıxarıb…backend

Məni Ramiz Mehdiyev yox, Əbdürrəhman Vəzirov işdən çıxarıb…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“O, Mərkəzi Komitənin Təşkilat şöbəsinin müdiri olanda məni mərhum Heydər Əliyev qəbul edib və R.Mehdiyevin iştirakıyla işə götürüb”.

NOCOMMENT xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Xalq şairi Vahid Əziz deyib. Xalq şairi onu Ramiz Mehdiyevin işdən çıxarmadığını bildirib:

“Məni Mərkəzi Komitədə işdən Ramiz Mehdiyev çıxarmayıb. O, Mərkəzi Komitənin Təşkilat şöbəsinin müdiri olanda məni mərhum Heydər Əliyev qəbul edib və R.Mehdiyevin iştirakıyla işə götürüb.

Gedib başqa şeylə eşələnsinlər, haqqımda deyilənlər yalandır. Məni Bakı şəhər Partiya Komitəsindən 1982-ci il iyul ayının 11-də Mərkəzi Komitəyə təlimat üçün Heydər Əliyev qəbul etdi. Onda Ramiz Mehdiyev Təşkilat şöbəsinin müdiri idi və ikimiz H.Əliyevin qəbulunda olduq.

Sonra R.Mehdiyev Mərkəzi Komitənin katibi oldu və mən isə mətbuat xidmətinin rəhbəri təyin edildim. Mənim Mərkəzi Komitədə işləyəndə R.Meydiyevlə heç bir münaqişəm olmayıb. Məni Əbdürrəhman Vəzirov işdən çıxarıb. 1989-cu ilin dekabr ayında Ə.Vəzirov Mərkəzi Komitəyə gəldi, kimlərsə ağızlarına gələni danışandan sonra məni işdən çıxardılar və mətbuat xidmətinin sədr müavini göndərdilər. Onda artıq R.Mehdiyev də Mərkəzi Komitənin katibliyindən çıxmışdı”, – deyə şair köhnə illəri xatırlayıb.