Mənzil alarkən ədv almaq niyə müşkülə çevrilib? – VİDEObackend

Mənzil alarkən ədv almaq niyə müşkülə çevrilib? – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2022-ci ildən etibarən nağdsız formada yeni mənzil alan şəxslər ödənişi tam həyata keçirərlərsə, ƏDV-nin 30 faizini geri əldə edirlər.

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, mütəxəsislər deyir ki, heç də bütün satıcılar mənzil satarkən vergi ödəmirlər və alıcılar da daşınmaz əmlak alarkən ƏDV əldə edə bilmirlər. Beləki bəzi mtklar yeni mənzilləri oz yaxınlarının adına keçirdikdən sonra təkrar satış kimi qeydiyyata saldırır.

Vəkilin sözlərinə görə, Belə olan halda vətəndaş əslində yeni mənzil alsa da , ədv ala bilmir. bunların qarşısının alınması heç də asan deyil.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev isə deyir ki, güzəşt ancaq MTK -ların satdığı və ədv ödədiyi daşınmaz əmlaka şamil edilir. Vətəndaşlar isə bəzən alqı satqı zamanı ödədikləri sadələşdirilmiş vergini , əlavə dəyər vergisi ilə səhv salırlar. Belə ki, qanunvericiliyə əsasən vətəndaş MTK-dan yeni mənzil alırsa, əlavə dəyər vergisinin bir hissəsini geri ala bilər. Alqı satqı zamanı satan şəxs tərəfindən ödənilən vergi isə sadələşdirilmiş əmlak vergisidir. digər xidmətlərdə olduğu kimi mənzil alqı satqısı zamanı bu məbləğ heçbir halda vətəndaşa geri qaytarılmır.

Dövlət Vergi Xidməti isə bildirildi ki, vətəndaşa ədv dən geri qaytarılan pul ödəniş tam başa çatdıqdan sonra verilir.

Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr ayları ərzində vətəndaşların müraciətləri əsasında ödənilmiş ƏDV-nin qaytarılan həcmi 16 milyon 462,6 min manatdan çox olub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.