Mənzildə baş verən partlayış nəticəsində 5 nəfər xəsarət alıbbackend

Mənzildə baş verən partlayış nəticəsində 5 nəfər xəsarət alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xabarovsk diyarında mənzildə baş verən partlayış nəticəsində 5 nəfər xəsarət alıb.

NOCOMMENT.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Mülki Müdafiə üzrə regional hökumət komitəsi məlumat yayıb.

Komitənin məlumatına görə, Xabarovsk yaxınlığındakı Topolevo kəndində qaz partlayışı baş verib. Bir qadın, bir kişi və üç uşaq yaralanıb. Onların vəziyyəti ilə bağlı ətraflı məlumat verilməyib.

Hadisəyə ilkin olaraq qaz partlaması səbəb olduğu güman edilirdi. Hadisənin baş vermə şəraiti müəyyənləşdirilir.

İyulun 23-də Moskvanın şimalında qaz balonunda partlayış baş verib . Partlayış Sannikov küçəsində baş verib, bir nəfər yaralanıb.