Mənzildə meyiti tapılan 4 nəfərin ölüm səbəbi MƏLUM OLDUbackend

Mənzildə meyiti tapılan 4 nəfərin ölüm səbəbi MƏLUM OLDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nərimanov rayonu ərazisində yerləşən mənzillərin birində 4 nəfər şəxsin meyitinin aşkar olunması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma davam etdirilir.

Bu barədə NOCOMMENT-ə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Araşdırma zamanı vəfat edən şəxslərin 1990-cı il təvəllüdlü Kənan Nəzərov, 1991-ci il təvəllüdlü Pərvin Səfərli, 2004-cü il təvəllüdlü Kamran Allahverdiyev və 2006-cı il təvəllüdlü Kənan Salayev olması müəyyən edilib.

İlkin ehtimala görə hadisə dəm qazından zəhərlənmə səbəbindən baş verib.