Mənzildə qaz partlaması nəticəsində 4 nəfər öldübackend

Mənzildə qaz partlaması nəticəsində 4 nəfər öl

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstanın Qərbi Janaözen şəhərində iki mərtəbəli yaşayış binasında təbii qazın partlaması nəticəsində biri uşaq olmaqla 4 nəfərin həyatını itirdiyi bildirilib.

NOCOMMENT xəbər verir ki, Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin verdiyi açıqlamaya görə, yerli vaxtla saat 05:00 radələrində Mangistau vilayətinin Janaözen şəhərində iki mərtəbəli yaşayış binasında təbii qaz partlayıb.

Partlayışdan sonra qismən dağılan mənzilin dağıntıları altında 1-i uşaq olmaqla 4 nəfərin cansız cəsədi tapılıb. Dağıntılar altından 4 nəfər xilas edilib. Partlayış nəticəsində 11 nəfər yaralanıb. Hadisə yerinə axtarış-xilasetmə işçiləri, əsgərlər, polis və səhiyyə işçiləri də daxil olmaqla 300-dən çox zabit göndərilib.

Ştat qubernatoru Nurlan Noqayev bildirib ki, hadisə ilə bağlı xüsusi komissiya yaradılıb və cinayət işi açılıb.