Mənzilini su basan sakin bu MTK-dan narazıdır – ŞİKAYƏT – FOTOLARbackend

Mənzilini su basan sakin bu MTK-dan narazıdır – ŞİKAYƏT – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bizim əvvəl yaşadığımız bina (Nərimanov rayonu, Həsənoğlu küçəsi 16a, bina 1986-cı ildə istismara verilmişdi) yaşayış üçün yararlı vəziyyətdə olmasına, baxmayaraq, icraçı şirkət olan “AİLƏ PARK” QSC bəzi icra orqanları ilə sövdələşərək həmin binanı “pilot layihə” adı altında sökdü. Bina sökülərkən orada yaşayan sakinlərə daha yaxşı yaşayış şəraiti yaradacaqlarına, avtomobili olanlara ödənişsiz dayanacaq təşkil edəcəklərinə söz vermişdilər. Lakin bina söküldükdən sonra nəinki sakinlərin yaşayış şəraiti yaxşılaşdı, tam tərsinə daha da pisləşdi”.

NOCOMMENT.az xəbər verir ki, Nəbi Quliyev “AİLƏ PARK” MTK ilə bağlı şikayət ünvanlayıb.

“Bina tam təhvil verilməsə də sakinlər həmin binada yerləşdirilmişdir. Hər gün inşaat işçilərinin səs-küyündən, tozdan yaşamaq mümkün deyildi.

Binada sakinlərin yerləşdirilməsinə baxmayaraq, hələ də mənzillərə çıxarış verilməmişdir. Heç bir xidmət göstərmədikləri halda sakinlərdən hər ay “komendant pulu” yığılır. Şəxsən mən hər ay 111 (yüz on bir) manat komendant pulu verirəm.

Mən 2023-cü ilin sentyabr ayında mənzilin təmirini yekunlaşdıraraq həmin mənzilə köçmüşəm. Həmin mənzilə köçəndən indiyədək 5 dəfə mənim mənzili su basıb. Mətbəx və mətbəx mebeli yararsız hala düşüb. Mətbəxi 4 dəfə öz hesabıma təmir etmişəm. Bununla bağlı tikinti şirkəti, “AİLƏ PARK” QSC-yə (VÖEN: 1305110691, Tel: 050 833 39 99) müraciət edirəm, onlar da komendanta (“TİM SERVİS” MMC”, 010 325 39 99, 051 436 39 91) müraciət etməmi bildirirlər. Komendant isə binanın şaxtasına onların baxmadığını, “AİLƏ PARK” MTK cavabdeh olduqlarını bildirirlər. Bir ildir kanalizasiya suyu bizim mətbəxə axır. Hər iki şirkət əlaqəli şirkətlər olmasına baxmayaraq, problemi həll etməmək üçün biri-birinin üstünə atır. Bu problem heç kimi maraqlandırmır. Tələb edəndə də “get hara istəyirsən, şikayət et” cavabı verdilər.

Onu da bildirmək istəyirəm ki, mənim mənzilin üst mərtəbəsində yerləşən mənzilin layihəsi dəyişdirilmişdir. Beləki, mənzil bizə təhvil veriləndə mətbəx və hamam-tualet yerləri artıq müəyyənləşdirilmişdir. Lakim üst qonşu mətbəxlə hamam-tualetin yerlərini dəyişdirmişdir və bizim mətbəxə axan su onların tualetindən axan çirkab sularıdır.

Bu problemlə bağlı dəfələrlə 102-yə də zəng etmişəm. Amma hüquq mühafizə orqanları da hüququmuzu müdafiə etmək istəmir. Çünki, şirkət rəhbərinin Nərimanov rayon polis idarəsi rəhbərlərindən biri ilə yaxın qohumluq əlaqəsi var, himayə olunur.

Şikayətlərimə hüquq mühafizə orqanları da baxmadığı üçün məcbur qalıb mənzili sığortalatdım. 2025-ci ilin yanvar ayının 10-da yenə mənim mənzilin mətbəxinə çirkab suları axdı. Sığorta şirkətindən gəlib hadisəni aktlaşdırdılar və komendantın da imzalaması lazım olduğunu bildirdilər. Səhərisi gün mən komendantlığa gedib imzalatmaq istəyəndə qeydiyyatçı xanım “AİLƏ PARK” MTK-nın hüquqşünasına zəng etdi. O isə “imzalamayın, əks halda zərər dəymiş mənzili təmir etmək və dəyən zərəri ödəmək öhdəliyimiz yaranacaq” dediyini telefonda aydın şəkildə eşitdim. Komendant onun sözündən sonra aktı imzalamadı. Yenə 102-yə zəng etdim, lakin yenə də heç bir faydası olmadı.

Əvvəl yaşadığımız binanın həyətində avtomobil park etmək üçün yer var idi. İndi bina həyətinə avtomobil buraxmırlar. Binanın altında ödənişli avtopark açıblar, aylığı 200 manat, saat başı 1 manat. Övladımızı məktəbə aparmaq üçün 5 dəqiqəlik mütləq qaraja girməliyik və çıxanda 1 manat mütləq ödənilməlidir. Yəni tam mənası ilə özbaşnalıq, dərəbəylik hökm sürür. Sanki mənzilin sahibi biz yox, onlardır. Mənzilə çıxarış vermirlər ki, qeydiyyata düşüb, “AzParking” dayanacaqlarından ödənişsiz istifadə edək. Çıxarış verməmələrinin səbəbidə ödənişsiz paklama xidmətindən istifadə edə bilmədiyimiz üçün ayı 200 manata və ya saatı 1 manata onların ödənişli avtoparklarından istifadəyə məcbur etməkdir”.

Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi 16 a ünvanında yerləşən bina  sakinləri

(Whitestone Towers yaşayış kompleksi)

MTK-larda baş verən özbaşınalıqlara niyə baxılmır?  Binalardakı AzParking dayanacaqlarından niyə əlavə ödəniş alınır?  Bu özbaşnalıqların qarşısını kim almalıdır?