Mənzillərə istilik verilməyə BAŞLANDIbackend

Mənzillərə istilik verilməyə BAŞLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gündən etibarən istehlakçıların istiliklə təmin edilməsinə başlanıb.

“Azəristiliktəchizat” ASC-dən NOCOMMENT-ə verilən məlumata görə, bütün qazanxanalar qış mövsümünə hazırdır və qrafik üzrə çalışacaq: “Bu məqsədlə daha 538 qazanxana və 87 istilik məntəqəsi işə qoşulub”.

Qeyd edək ki, istilik mövsümünün respublikanın dağ və dağətəyi rayonlarında noyabrın 1-dən, digər ərazilərdə, o cümlədən Bakı şəhərində noyabrın 15-dən başlanılır.

Xatırladaq ki, ölkənin dağlıq və dağətəyi əraziləri hesab edilən Şuşa, Şabran, Xaçmaz, Quba, Qusar və Lerikdə istiliyin verilməsinə iki həftə əvvəl başlanılıb. Bu məqsədlə 26 qazanxana və 1 istilik məntəqəsi işə qoşulub.