Mənzurə Musayevanın biznesi batıb: Varımı-yoxumu ora qoymuşdumbackend

Mənzurə Musayevanın biznesi batıb: Varımı-yoxumu ora qoymuşdum

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış müğənni Mənzurə Musayevanın yeni biznesi batıb.

NOCOMMENT yenisabah.az-a istinadən xəbər verir ki, ifaçı bu haqda ARB telekanalında yayımlanan “Üçümüz” adlı verilişdə qonaq olarkən danışıb.

O, sosial şəbəkələrdə tənqid və təhqir olunmadığını bildirib: “Məni sosial şəbəkədə pisləmirlər. Amma hamı da yaxşıdır demir. Heç bunu istəmirəm də. Ancaq mahnılarım “Youtube”da izlənir, 1 milyon baxış sayı toplayan ifam da var.

Gözəllik salonu açmışdım, 20 gün işlədi. Varımı-yoxumu salona qoydum ki, pul qazanım. Amma pandemiyaya düşdü və batdı”.

Qeyd edək ki, M,Musayeva bu ilin fevral ayında gözəllik salonu açmışdı. Onun “Mənzurə studio” adlı gözəllik mərkəzi Sumqayıt şəhərində yerləşirdi.