Məqsədimiz Ukraynaya daha da böyük dəstək verməkdirbackend

Məqsədimiz Ukraynaya daha da böyük dəstək verməkdir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İyulda Vaşinqtonda keçiriləcək sammitdə NATO ölkələri Ukraynaya hərbi yardımın daha da artırılması ilə bağlı razılığa gəlməlidirlər”.

NOCOMMENT.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Parisdə Fransa Prezidenti Emmanuel Makronla mətbuata birgə açıqlamasında deyib.

Bildirib ki, sammitdə məqsədimiz Ukraynaya daha da böyük dəstək vermək olacaq.

Müttəfiqlər münaqişə başlayandan dəstək veriblər. Lakin təchizatda gecikmələr və yanlış hesablamalar döyüş meydanında bəzi nəticələrə gətirib çıxarıb.