Mərakeş Dəməşqdəki səfirliyinin işini bərpa etmək niyyətindədirbackend

Mərakeş Dəməşqdəki səfirliyinin işini bərpa etmək niyyətindədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mərakeş kralı VI Məhəmməd krallığın Suriyada səfirliyini yenidən açmaq niyyətində olduğunu açıqlayıb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə “Al Arabiya” məlumat yayıb.

Məlumata görə, monarx bu qərarını Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şaraaya ünvanladığı məktubda bildirib. Məktubu Bağdadda keçirilən Ərəb Dövlətləri Liqasının sammitində Mərakeşin xarici işlər naziri Nasser Burita oxuyub.

Bundan başqa, Burita sammit çərçivəsində Suriya xarici işlər naziri Asaad Əş-Şibani ilə görüşüb. Tərəflər Mərakeş və Suriya arasında diplomatik əlaqələrin bərpası barədə razılığa gəliblər.

Suriya XİN-in bəyanatında qeyd olunub ki, Dəməşq də “Rabatda səfirliyin açılması üçün prosedurları başladacaq”.

Xatırladaq ki, Rabat 2012-ci ildə Suriyada silahlı münaqişənin başlamasından sonra Dəməşqlə diplomatik əlaqələrini kəsmişdi.