Mərakeş sahillərində 552 qeyri-qanuni miqrant xilas edildibackend

Mərakeş sahillərində 552 qeyri-qanuni miqrant xilas edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aprelin 8-dən bəri müxtəlif millətlərdən olan 552 qeyri-qanuni miqrant Mərakeş sahillərində xilas edilib.

NOCOMMENT.az xəbər verir ki, Mərakeşin rəsmi agentliyi “MAP”ın ordu səlahiyyətlilərinə istinadən verdiyi məlumatda Kral Donanmasının sahil təhlükəsizlik bölmələrinin Aralıq dənizi və Atlantik okeanında nizamsız miqrantlara qarşı müəyyən işlər gördüyü açıqlanıb.

Xəbərdə, sahil təhlükəsizlik bölmələrinin 8-18 aprel tarixlərində 552 qeyri-qanuni miqrantı xilas etdiyi, sözügedən şəxslərin əksəriyyətinin Saharaaltı Afrikalılar olduğu qeyd edilib.

Məlumatda Avropaya “təhlükəli keçid” cəhdində yaxalanan qeyri-qanuni miqrantların gəmi, qayıq və üzgüçülük üsullarından istifadə etdiyi bildirilib.

NOCOMMENT.AZ