Mərakeşdə etiraz aksiyası – 286 nəfər xəsarət aldıbackend

Mərakeşdə etiraz aksiyası – 286 nəfər xəsarət aldı 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mərakeşdə baş verən etiraz aksiyalarında təhlükəsizlik qüvvələrindən 263 nəfər, mülki şəxslərdən isə 23 nəfər xəsarət alıb.

NOCOMMENT.az APA-ya istinadən xəbər verir ki, bu barədə Mərakeşin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Etirazçılar təhlükəsizlik qüvvələrinə qarşı bıçaq, daş və “Molotov kokteyl”lərindən istifadə ediblər.

Toqquşmalar zamanı 409 etirazçı polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, Mərakeşdə bir neçə gündür əsasən gənclərin iştirakı ilə keçirilən etiraz aksiyalarında korrupsiya ilə mübarizə aparılması, təhsil və səhiyyə sisteminin yaxşılaşdırılması tələb olunur.