“Merinos Halı” mağazasını su basdı – xalçalar suyun altında qaldı – VİDEObackend

“Merinos Halı” mağazasını su basdı – xalçalar suyun altında qaldı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt şəhərində yerləşən “Merinos Halı” xalça mağazası güclü yağışlardan sonra su altında qalıb.

NOCOMMENT.az xəbər verir ki, hadisə nəticəsində mağazaya xeyli miqdarda su dolub, satış zalında olan xalçalar və digər məhsullar yararsız hala düşüb.

İlkin məlumata görə, obyektə ciddi maddi ziyan dəyib. Şahidlərin sözlərinə görə, yağış sularının sürətlə toplanması və drenaj sisteminin öhdəsindən gələ bilməməsi nəticəsində su mağazaya daxil olub. Hazırda ərazidə suyun çəkilməsi və ziyanın aradan qaldırılması istiqamətində tədbirlər görülür.

 

@xalca_dunyasi_

♬ orijinal ses – Merinos_hali Qold