Siyasətçilər ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampla danışıqlar zamanı “səmimi olmalı” və onun arqumentlərinə qulaq asmalıdırlar.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bunu Almaniyanın sabiq kansleri Angela Merkel “The Times” qəzetinə müsahibəsində bildirib.
Donald Trampla danışıqlarda siyasətçilərə özlərini nə çox mehriban, nə də çox sərt olmamağı, olduqları kimi davranmalarını məsləhət görən Angela Merkel onların vəziyyətdən ən yaxşı şəkildə istifadə etməsini vacib sayıb: “Ən əsası da qorxmayın”.