Merkel Ukrayna ilə bağlı danışıqlar üçün münasib anı gözləməyə çağırıbbackend

Merkel Ukrayna ilə bağlı danışıqlar üçün münasib anı gözləməyə çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Rusiya ilə sülh danışıqlarına başlamaq üçün uyğun anı gözləməlidir.

NOCOMMENT.az xəbər verir ki, bunu Almaniyanın keçmiş kansleri Angela Merkel ZDF telekanalına müsahibəsində deyib.

Almaniya hökumətinin keçmiş rəhbəri qeyd edib ki, Ukrayna münaqişənin həlli üçün hərbi və diplomatik yolları birləşdirməlidir.

“Onları (sülh danışıqları. – Red.) indi açmaq lazım deyil. Zamanı gələndə hamı – Ukrayna və onun müttəfiqləri ilə birlikdə məsləhətləşmələr aparmalı olacaq”, – deyə Merkel bildirib.

O əlavə edib ki, Kiyevin Almaniyanın hazırkı kansleri Olaf Şoltsun dəstəyi ilə razılaşır. Keçmiş siyasətçi qeyd edib ki, Ukraynanın Rusiya Federasiyasını döyüş meydanında məğlub etməsi çətin olacaq.