Merkel və Makron Putinlə də DANIŞDIbackend

Merkel və Makron Putinlə də DANIŞDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putinlə Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, tərəflər Donbasla bağlı müzakirələr aparıblar. Üç lider 2015-ci il Minsk razılaşmalarının həll üçün mübahisəsiz əsas olaraq həyata keçirilməsinin əhəmiyyətini, Normandiya formatında Rusiya, Almaniya və Fransanın səylərini daha da əlaqələndirməkdə maraqlı olduqlarını vurğulayıblar.

Danışıq zamanı liderlər birinci dərəcələrə beynəlxalq məsələlərə toxunub, Afrika qitəsində terrorizmə qarşı mübarizə barədə müzakirələr aparıblar.

Xatırladaq ki, bundan əvvəl Merkel və Makron Ukrayna Prezidenti Vladimir Zelenski ilə də danışıqlar aparıb.
Modern