Mərkəzi Avropada yoluxma ARTIRbackend

Mərkəzi Avropada yoluxma ARTIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mərkəzi Avropa ölkələrində yeni növ koronavirusa (COVID-19) yoluxma halları artmağa davam edir.

NOCOMMENT.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, epidemiyanın dördüncü dalğasının yaşandığı Polşada son 24 saatda 15 515 yeni yoluxma qeydə alınıb.

Ümumi yoluxma sayının 3 milyon 60 mini keşən Polşada virusa görə həyatını itirənlərin sayı 250 artaraq 77 min 395-ə çatıb.

Gündəlik yoluxma sayı artan ölkələrdən digəri Macarıstandır. Burada son 24 saatda 6 min 268 yeni yoluxma aşkarlanıb. İndiyədək 885 min 360 hadisənin aşkar edildiyi ölkədə həyatını itirənlərin sayı 107 nəfər artaraq 31 min 101-ə çatıb.

9,7 milyon əhalisi olan Macarıstanda 5 milyon 962 min nəfərə 1-ci doza, 5 milyon 744 min nəfərə 2-ci doza, 1 milyon 274 min nəfərə isə 3-cü doza peyvənd vurulub.

Avstriya Səhiyyə Nazirliyinin açıqladığı məlumatlara görə, son 24 saatda 8 min 590 yeni yoluxma aşkarlanıb. Ölkədə ümumi yoluxma sayı 856 min 2, ölənlər isə 11 min 419-a yüksəlib.

Dördüncü dalğadan təsirlənən Çexiyada son 24 saatda 9 min 460 yeni yoluxma qeydə alınıb, ümumi yoluxma sayı 1 milyon 792 min 707-yə yüksəlib, bu səbəblə həyatını itirənlərin sayı isə 30 min 878-ə çatıb.

Təxminən 5,5 milyon əhalisi olan Avropanın kiçik ölkələri arasında yer alan Slovakiyada son 24 saatda 6 min 713 yeni yoluxma aşkarlanıb. Ümumi yoluxma sayı 499 min 990-a, həyatını itirənlərin sayı isə 34 artaraq 13 min 146-ya yüksəlib.