Azərbaycan Mərkəzi Bankı xidməti minik avtomobillərinin sayını artırıb.
NOCOMMENT.az yeniavaz.com-a istinadən xəbər verir ki, Mərkəzi Bank tərəfindən bu il 3 yeni avtomobil alınıb.
Qeyd edək ki, satın alınan avtomobillər 2025-ci il istehsalı olub. Onlardan 2-si “Lexus ES300H” model avtomobil olub ki, hər birinin bazar dəyəri 117 min 300 manat təşkil edib.
Bunlardan başqa, bu il bazar dəyəri 205 min 700 manat olan “Toyota LC300” model avtomobil alınıb.
Mərkəzi Bank gələn il üçün daha 5 ədəd avtomoil almağı planlaşdırır. Bu avtomobillərin 2-si 2025-ci il istehsalı olan “Lexus ES300H”, 2-si 2025 istehsallı olan “Hyundai Elantra”, 1-i isə 2025-ci il istehsalı olan “Toyota Camry” model avtomobil olacaq.
Mərkəzi Bankın istifadəsində olan xidməti minik avtomobilləri arasında ən bahalısı 205 min 700 manat olan “Toyota LC300” model avtomobildir. Bu avtomobilin dövlət qeydiyyat nişanı – 90AA656 ötən il bazar dəyəri 170 min manat olan “BMW 740i” üzərində olub.
Məlumat üçün bildirək ki, hazırda Mərkəzi Bankın mülkiyyətində olan və bazar dəyəri 100 mindən çox olan 8 avtomobil var:
“BMW 520i” – 100 000 manat (Qeydiyyat nişanı: 10AA343)
“BMW 520i” – 100 000 manat (Qeydiyyat nişanı: 77AF281)
“BMW 740i” – 189 000 manat (Qeydiyyat nişanı: 10AA656)
“Lexus ES300H” – 117 300 manat (Ban nömrəsi: JTHB21B10S2271273)
“Lexus ES300H” – 117 300 manat (Ban nömrəsi: JTHB21B14S2269820)
“Lexus ES300H” – 117 300 manat (2026-da alınacaq)
“Lexus ES300H” – 117 300 manat (2026-da alınacaq)
“Toyota LC300” – 205 700 manat (Qeydiyyat nişanı: 90AA656)
Onu da bildirək ki, gələn il satın alınması nəzərdə tutulan 5 ədəd avtomobili də nəzərə almaqla, Mərkəzi Bankın mülkiyyətində 46 ədəd avtomobil var. Bu avtomobillərin arasında ümumi bazar dəyəri 389 min manat olan 3 ədəd BMW, ümumi dəyəri 335 min manat olan 7 ədəd “Mercedes Benz”, ümumi dəyəri 711 min 410 manat olan 14 ədəd “Toyota” da var. Bunlardan başqa, Mərkəzi bankın mülkiyyətində 4 ədəd “Lexus” (ümumi bazar dəyəri 469 min 200 manat), 1 ədəd “Nissan” (16 min manat), 2 ədəd “Honda” (42 min manat) və 8 ədəd “Hyundai” (290 min manat) də var. Mərkəzi Bankın mülkiyyətində olan avtomobillərin ümumi bazar dəyəri 2 milyon 252 min 610 manat təşkil edir.