Mərkəzi Bankın İdarə Heyətinin Qərarı ilə “Baku Pay” MMC-yə elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən müddətsiz lisenziya təqdim olunub.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Mərkəzi Banka ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair müraciət etmiş digər təşkilatların qiymətləndirilməsi hazırda davam etməkdədir. Ödəniş xidmətlərinin həyata keçirilməsi üzrə verilən lisenziyalarla bağlı məlumatlar Mərkəzi Bankın internet səhifəsi vasitəsilə açıqlanır.
Qeyd edək ki, “Baku Pay” MMC 2017-ci ildə təsis edilib və direktoru Fuad Bağırov Elçin oğludur. Şirkətin 2 250 010 manat nizamnamə kapitalı var.\\Valyuta.az