Mərkəzi Bank ən çox şikayət edilən sığorta şirkətlərini açıqlayıb – CƏDVƏLbackend

Mərkəzi Bank ən çox şikayət edilən sığorta şirkətlərini açıqlayıb – CƏDVƏL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son bir ildə Azərbaycanda avtomobillərin icbari sığortası üzrə ən çox şikayət edilən şirkət “Xalq Sığorta” (3.94 indeksi ilə) olub.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının cari ilin aprel ayı üzrə açıqladığı şikayət indeksində bildirilib. Məlumata görə, ötən ay ən çox şikayət edilən şirkətlər arasında “Bakı Sığorta” 2.39 indeksi ilə növbəti dəfə ikinci, “AtaSığorta” 1.30 indeksi ilə siyahıda üçüncü olub. Digər sığorta şirkətləri üzrə şikayət indeksi aşağıdakı kimidir:

AMB qeyd edib ki, avto-icbari sığorta üzrə şikayət indeksi vətəndaşların bu növ üzrə sığorta xidmətlərini əldə edərkən seçim etmələrinə dəstək göstərilməsi məqsədilə hesablanılır və yayımlanır. Şikayət indeksinin hesablanmasında beynəlxalq səviyyədə istifadə olunan metodologiyaya əsaslanaraq avto-icbari sığorta növü üzrə lisenziyası aktiv olan sığorta şirkətləri ilə bağlı daxil olan şikayətlər nəzərə alınıb. Eyni zamanda avto-icbari sığorta növünün aparılması üzrə verilən icazənin ləğv edilməsi yolu ilə lisenziyasının qüvvəsi məhdudlaşdırılmış və lisenziyası ləğv olunmuş sığorta şirkətləri ilə bağlı şikayətlərin tənzimlənməsi Mərkəzi Bank tərəfindən əvvəlki qaydada davam etdirilir.