Mərkəzi Bank inflyasiya artımının qarşısını almaq üçün addımlar atırbackend

Mərkəzi Bank inflyasiya artımının qarşısını almaq üçün addımlar atır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda son doqquz ayın makroiqtisadi nəticələrinə əsasən, Ümumi Daxili Məhsul (ÜDM) 98 milyarda çataraq 5,6 faiz real artım göstərib.

NOCOMMENT xəbər verir ki, bunu Milli Məclisdə deputatlar görüşü zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.

Onun sözlərinə görə, qeyri-neft sektorunda bu göstərici 10,1 faizdir.

Taleh Kazımov bildirib ki, ölkəmizin xarici ticarəti 19,2 milyard ABŞ dolları olub: “Valyuta ehtiyatında 3,5 faiz artım var. Mərkəzi Bankın ehtiyatları isə 8,4 faiz artaraq, 7,7 milyard dollara çatıb”.