Azərbaycan Mərkəzi Bankı (AMB) fiziki şəxs sığorta agenti Həmidov İntizam Emin oğlunu inzibati məsuliyyətə cəlb edib.
NOCOMMENT.az xəbər verir ki, “Report” bu barədə AMB-yə istinadən məlumat yayıb.
Məlumata görə, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində fiziki şəxs sığorta agenti Həmidov İntizam Emin oğlu tərəfindən sığorta qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq 1 500 manat məbləğində cərimə edilib.