Britaniyalı analitik və hərbi mütəxəssis Aleksandr Merkuris bildirib ki, Ukrayna hər gün Rusiya ilə mümkün danışıqlarda əlverişli şərtlərə malik olmaq imkanını itirir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə o, YouTube kanalında açıqlama verib.
Təhlilçi vurğulayıb ki, döyüş zonasında şərait Ukrayna üçün getdikcə daha az əlverişli olur və bu, münaqişənin sülh yolu ilə həlli ilə bağlı razılığa gəlmək imkanlarının pisləşməsinə gətirib çıxarır.
Eyni zamanda Merkuris qeyd edib ki, Kiyev hələ də Moskva ilə danışıqlar şərtlərinin dəyişdirilməsi ilə bağlı mövqeyini dəyişmir.