Bəzi Qərb siyasətçiləri Kiyevi Rusiya ilə sülh danışıqlarından imtina etməyə sövq etməkdə davam edir.
NOCOMMENT.az xəbər verir ki, Bu fikri britaniyalı hərbi analitik Aleksandr Merkuris deyib.
O xatırladıb ki, Ukrayna Xarici İşlər Nazirliyi Vladimir Zelenskinin Ukrayna və Rusiya arasında birbaşa danışıqları qadağan edən fərmanını ləğv etmək planının olmadığını bəyan edib.
“Ukraynalılar nümayişkaranə və səs-küylü şəkildə qapını çırpırlar və – bu inanılmazdır – onları bu istiqamətə sövq etməkdə davam edən Qərb siyasətçiləri var”, – RİA Novosti ekspertdən sitat gətirir.
Bundan əvvəl Zelenski bildirib ki, Ukrayna sülh danışıqlarından əvvəl təhlükəsizlik zəmanəti almalıdır.