Merts: NATO və Aİ hərbçilərinin Ukraynaya göndərilməsi müzakirə olunmurbackend

Merts: NATO və Aİ hərbçilərinin Ukraynaya göndərilməsi müzakirə olunmur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO və ya Avropa İttifaqına üzv ölkələrin hərbçilərinin Ukraynaya göndərilməsi məsələsi gündəmdə deyil.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merts İtaliya Baş naziri Corcia Meloni ilə görüşdən sonra bildirib.

“Bu istiqamətdə heç bir qərar yoxdur, NATO və Aİ hərbçilərinin Ukraynaya göndərilməsi mövzusu müzakirə olunmur”, – kansler qeyd edib.

Almaniya kansleri əlavə edib ki, hazırda əsas diqqət atəşkəsin əldə olunmasına yönəlib.

Öz növbəsində, Baş nazir Meloni də bu ideyaya hər zaman skeptik yanaşdığını vurğulayıb.