Merts: Ukraynanın Aİ və NATO-ya üzvlüyü üçün müharibənin bitməsi əsas şərtdirbackend

Merts: Ukraynanın Aİ və NATO-ya üzvlüyü üçün müharibənin bitməsi əsas şərtdir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın gələcək kansleri Fridrix Merts Ukraynanın hələ Rusiya ilə müharibə şəraitində olduğu müddətdə Avropa İttifaqına və NATO-ya üzv olmasına qarşı çıxır.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə o, “Handelsblatt” qəzetinə verdiyi müsahibədə danışıb.

“Ukrayna hazırda müharibə vəziyyətindədir. Müharibə vəziyyətində olan bir ölkə nə NATO-ya, nə də Avropa İttifaqına üzv ola bilər. Bu, hazırkı məqamla bağlıdır”, – deyə almaniyalı siyasətçi bildirib.

Merts onu da vurğulayıb ki, Ukraynaya verilmiş Aİ üzvlüyü və NATO perspektivi ilə bağlı vədlər qüvvədə qalır. Lakin bu məqsədə çatmaq üçün müharibənin əvvəlcə başa çatması vacibdir.