Merz: Almaniya Ukraynanın təhlükəsizlik zəmanətçiləri arasında olmalıdırbackend

Merz: Almaniya Ukraynanın təhlükəsizlik zəmanətçiləri arasında olmalıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Almaniya, digər NATO üzvləri ilə birlikdə, Ukraynanın təhlükəsizlik zəmanətçiləri arasında olmalıdır.”

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu iddia ilə Almaniya kansleri Fridrix Merz çıxış edib.

“Almaniya müttəfiqləri ilə birlikdə atəşkəsdən sonra Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsinə öz töhfəsini verməlidir”, – Merz deyib.

Merz həmçinin vurğulayıb ki, bu töhfənin detalları vaxtında müzakirə olunmalıdır.

Kansler həmçinin başlayan diplomatik prosesin tamamlanacağına ümid etdiyini bildirib.