Merz Ukraynadakı münaqişənin həlli perspektivlərini qiymətləndiribbackend

Merz Ukraynadakı münaqişənin həlli perspektivlərini qiymətləndirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya kansleri Fridrix Merz bildirib ki, o, Ukraynadakı münaqişənin yaxın gələcəkdə bitəcəyini gözləmir.

NOCOMMENT.az xəbər verir ki, onun sözlərini Die Zeit sitat gətirir.

Siyasətçi qeyd edib ki, münaqişələr adətən tərəflərdən birinin iqtisadi və ya hərbi tükənməsi ilə başa çatır, lakin indiki halda vəziyyət bundan uzaqdır.

O, bir daha Rusiyanı danışıqlara getmək istəməməkdə günahlandırıb və bununla əlaqədar “Ukraynanın özünü müdafiə edə bilməsi üçün səyləri artırmağın” zəruriliyini bəyan edib. Kansler Rusiyaya təzyiqləri artırmaq niyyətini də açıqlayıb.

“Biz təhdid altındayıq və özümüzü müdafiə edəcəyik”, – deyə o vurğulayıb.