Məsciddə güclü partlayış – Ölən və yaralananlar varbackend

Məsciddə güclü partlayış – Ölən və yaralananlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əfqanıstanın paytaxtı Kabildə yerləşən məscidlərdən birində güclü partlayış olub.

NOCOMMENT.az TASS-a istinadən xəbər verir ki, partlayış terrorçu-intiharçı tərəfindən törədilib. Əfqanıstanın Daxili İşlər Nazirliyinin təsdiq etdiyi məlumata görə insident nəticəsində məscidin imamı həlak olub, 3 nəfər isə yaralanıb.

Partlayışdan sonra bütün yaralılar xəstəxanaya çatdırılsa da hələlik onların vəziyyəti barədə məlumat verilmir.