Türkiyənin Çorum bölgəsinin İskilip rayonunda təravih namazından sonra məsciddən çıxanlara açılan atəş nəticəsində 2-si qadın olmaqla 6 nəfər yaralanıb.
NOCOMMENT.az xəbər verir ki, hadisə rayonun Yukarıörenseki kəndində baş verib.
İddialara görə, kənddə yaşayan Yalçın G. təravih namazından sonra məsciddən çıxan insanların olduğu əraziyə tüfənglə atəş açıb.
Atəş nəticəsində yaralanan şəxslərin dərhal xəstəxanaya aparıldıqları bildirilib.
Hadisədən sonra jandarma qrupları qaçan şübhəlinin tutulması üçün axtarış işlərinə başlayıb.
NOCOMMENT.az