Məscidin 592 min manatdan çox borcu var? – RƏSMİbackend

Məscidin 592 min manatdan çox borcu var? – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mətbuatda Bakının Xəzər rayonunun Binə qəsəbəsində yerləşən Möhsün Səlim məscidinə təbii qazdan istifadəyə görə 592 412 manat borc yazılması haqqında məlumatlar dərc olunub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Azəriqaz İstehsalat Birliyinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, bu borc Azəriqaz QSC-nin fəaliyyət göstərdiyi 2009-cu ildən öncəki dövrü əhatə edir. Borc böyük məbləğdə olsa da, məscidin qaz təchizatı heç bir vaxt dayandırılmayıb.

Qazın alqı-satqı müqaviləsinin bağlanması ilə əlaqədar “Azəriqaz”ın Bakı Regional Qazın Satışı Departamentinə müraciət olunub, lakin məscidin müvafiq qurumda qeydiyyatının olmaması və müqaviləni fiziki şəxsin adına bağlamaq istəyi kimi səbəblərdən bu, mümkün olmayıb.