Məscidlərin açılması ilə bağlı AÇIQLAMAbackend

Məscidlərin açılması ilə bağlı AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Təəssüflər olsun ki, məscidlərin açılması məsələsi hələlik müzakirə olunmur”.

NOCOMMENT.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

Ş.Mövsümovun sözlərinə görə, bütün ölkələrdə virusun yayılmasına təsir edən bir nömrəli amillərdən biri də qapalı məkanlarda insanların kütləvi toplaşmasıdır.

“Ona görə də qapalı məkanlarda insanların kütləvi toplaşması məsələsi diqqət mərkəzindədir. Hətta Həcc ziyarəti belə məhdudiyyətlə həyata keçirilir. Biz də buna məcburuq. Bu gün məscidlərin açılması məsələsi müzakirə olunmur”, – deyə Ş.Mövsümov qeyd edib.