İzmirdə meşə yanğını baş verib və 6 təyyarə ilə müdaxilə davam edir.
NOCOMMENT xəbər verir ki, İzmirin Menemen rayonunda meşəlik ərazidə başlayan yanğın havadan və qurudan müdaxilə ilə nəzarət altına alınmağa çalışılır.
Yahşelli məhəlləsinin meşə sahəsində hələ naməlum səbəbdən yanğın baş verib.
Xəbərdarlıq üzərinə İzmir Meşə Region Müdirliyinə bağlı qruplar bölgəyə sövq edilib.
Komandalar yanğını söndürməyə çalışır.