Meşə yanğınlarının tüstüsü ilə ildə 12 mindən çox insan ölürbackend

Meşə yanğınlarının tüstüsü ilə ildə 12 mindən çox insan ölür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qlobal istiləşmənin səbəb olduğu meşə yanğınlarının tüstüsü ildə 12 mindən çox insanın ölümünə səbəb olur.

NOCOMMENT.az bu barədə “The Guardian”a istinadən xəbər verir.

Alimlərin hesablamalarına görə, qlobal istiləşmə nəticəsində yaranan və ya şiddətlənən meşə yanğınları hər il 12 mindən çox insanın tüstüdən zəhərlənərək ölməsinə səbəb olur. Böyük Britaniya, ABŞ, Almaniya, Çin və Yaponiya da daxil olmaqla 8 ölkədən olan tədqiqatçılar iki ayrı araşdırma aparıb və müəyyən ediblər ki, qlobal istiləşmə Avstraliya, Cənubi Amerika, Avropa və Asiyada meşə yanğınlarına səbəb olub. Nəticədə zərərli tüstü minlərlə insanın ölümünə səbəb olub.

İlk araşdırmada alimlər qlobal temperatur artımının yanğın riskini artıran əsas faktor olduğunu və qlobal istiləşmənin 2000-2019-cu illər arasında dünyada yanğınların sayını təxminən 16 faiz artırdığını aşkar ediblər.