Məsələ aydınlaşır: Bu üç ölkə Bakıdan nə istəyir?backend

Məsələ aydınlaşır: Bu üç ölkə Bakıdan nə istəyir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan 44 günlük Vətən müharibəsində Minsk qrupunu da məğlub etdi.

NOCOMMENT.az xəbər verir ki, bunu siyasi ekspert Zaur İbrahimli deyib.

Onun fikrincə, Ankara-London ittifaqı, Bakının bu ittifaqda yer alması Vaşinqton və Parisi, Moskvanı əvvəlki təsir imkanlarından məhrum edib:

“İndiki məqamda onlar bilavasitə və dolayı yolla əvvəlki təsir rıçaqlarını bərpa etməyə çalışırlar. Bunlardan biri də Minsk qrupudur. Əlbəttə ki, 44 günlük Vətən müharibəsində Minsk qrupunun da məğlub ediliyini gözəl başa düşürlər. Sadəcə bunun etirafı üçün məsrəf tələb edirlər, dəfn üçün güzəştlər istəyirlər.

XX əsrin əsas Qərb starteqlərindən olan Zbqnev Bjezinski Azərbaycan haqda deyirdi: “Kiçik əraziyə və əhalinin sayının az olmasına baxmayaraq, özünün enerji potensialı ilə və geosiyasi planda əhəmiyyətli yerə malikdir. Bu, içində Xəzər və Orta Asiya regionu zənginliyinin cəm olduğu şüşə qabın tıxacıdır”.

Avropa gesotrateji tədqiqatlarında isə Azərbaycan “dünyanın ən böyük körpüsü”, “qitələrarası, böyük gesoiyasi coğrafi vahidlərin kəsişmə nöqtəsi”, “böyük yolayırıcı” kimi nəzərdən keçirilir. Tarixən Şərq-Qərb kommunikasiyalarının mərkəzi həlqəsi olan Azərbaycana hazırkı yanaşma da əsas etibarilə bu gerçəklikdən irəli gəlir. Daha vacibi, Azərbaycan bütün regionun taleyinə bilavasitə təsir postensialına malikdir. İranda 40 milyondan çox soydaşımız yaşayır, tarixən İran siyasəti Təbrizdən gələn impulslarla müəyyənləşib. Rusiyaya gəldikdə isə, Şimal qonşumuzun cənub cinahından təhlükəsizliyi xeyli dərəcədə Azərbaycanla əlaqəlidir. Hitler Almaniyasının Cənubi Qafqaz planlarını və Çeçenistan müharibələrini yada salmaq kifayətidr. Digər yandan, Çar Rusiyası və SSRİ-də müsəlman əhalinin maarifi, inkişafı, milli dirçəlişi proseslərində Azərbaycan həmişə lider, ideoloji oriyentr rolunu oynayıb”.

Zaur İbrahimli qeyd edib ki, Rusiya-Türkiyə münasibətlərində də Azərbaycan həmişə əsas strateji əhəmiyyətə malik olub:

“Azərbaycan istər Ermənistan, istərsə də Gürcüstana həm daxili siyasi proseslərdə, həm də xarici siyasət məsələlərində, iqtisadi inkişafada çox böyük təsir imkanlarına malikdir. Bu cür geostrateji əhəmiyyətə və potensiala malik Azərbaycan həm də son 50 ildə ilk dəfə ABŞ və Avropanın iradəsindən kənar ittifaqlar quraraq, hərbi-diplomatik gedişlərlə hərbi savaşa girdi, qalib gəldi və itirilmiş ərazilərini geri qaytardı. Hətta müxtəlif sövdələşmələrlə qismən neytrallığını qoruyan Moskvanı belə bır sıra məqamlarda fakt qarşısında qoydu, ruslar belə yaranmış yeni reallığı qəbul emtək məcburiyyətində qaldı.

Azərbaycanın ABŞ və Fransanın iradəsindən kənar Böyük Britaniya, Türkiyə, Pakistan, İsrailin bir araya gəlməsi, Ukrayna, İtaliya, Belarusun, türkdilli ölkələrin dəstəyini almağa nail olması, Vaşinqton və Parisdə onların qobal maraqları baxımdan pis presedent kimi qəbul edilir. O zaman Atatürk Türkiyəsinin Britaniya ilə mübarizdə uğurları uzaq perspektivdə necə qlobal güc balansını dəyişdisə, 44 günlük Vətən müharibəsində Azərbaycanın qalib gəlməsi bununla müqayisə oluna bilər.

Bu proseslərdə Türkiyənin ABŞ və Avropanın iradəsindən kənar Cənibi Qafqaza nüfuz etməsi və Rusiyanın da, Ankara ilə ittifaqa getmək məcburiyyətində qalması da Vaşinqton və Paris üçün yeni çağışlar deməkdir. Ən vacibi isə bütün bu proseslərdə Böyük Britaniyanın Avropa İttifaqından çıxdıqdan sonra ilk böyük geosiyasi qələbə qazanması Vaşinqton, Paris və Moskva üçün düşündürücü məsələdir. Minsk qrupu həmsədrlərinin Şuşaya getməkdən çəkinməsinin gerçək səbəbi budur. Vaşinqton, Paris və Moskva öz reputasiyalarını qorumağa çalışır və bu proseslərdə uduzmaqlarının kompensasiyasını əldə etməyə cəhd göstərirlər”.

Ekspert hesab edir ki, hazırda hər üçün ölkə üçün əsas məsələ, Azərbaycan-Türkiyə tandemi və Qarabağ ətrafında qurulan ittifaq da daxil olmaqla, onların maraqlarının nəzərə alınmasıdır:

“Görünür, hələ bu məsələlərlə bağlı uzun müddət diplomatik mübarizə davam edəcək”.
Teleqraf