“Məşğulluq”dan vətəndaşa verilən inək maşında tələf olub? – VİDEObackend

“Məşğulluq”dan vətəndaşa verilən inək maşında tələf olub? – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkələrdə Balakən sakininə rayonun Məşğulluq Mərkəzi tərəfindən verilən inəklərlə bağlı kadrlar yayılıb.

NOCOMMENT.az xəbər verir ki, sözügedən kadrlarda rayonun Şambul kənd sakini Zaur Ömərov özünüməşğulluq məqsədilə ona verilən heyvanlardan razılıq edərkən, iribuynuzlulardan birinin yıxıldığı görünür.

Sosial şəbəkə istifadəçiləri tərəfindən heyvanın sağlamlığı müzakirə mövzusuna çevrilib. Bəziləri inəyin elə maşındaca tələf olduğunu iddia edib.

Dövlət Məşğulluq Agentliyi bu görüntülərlə bağlı açıqlama yayıb.

Bildirilib ki, özünüməşğulluq proqramına qoşulmuş Balakən rayon sakini Ömərov Zaura 2022-ci ilin iyun ayında aktivlərin (malların) təqdim olunması zamanı çəkilən videogörüntülər Dövlət Məşğulluq Agentliyi tərəfindən araşdırılıb:

“Bildiririk ki, Z.Ömərov istəyinə uyğun olaraq “Maldarlıq təsərrüfatı” zərfi üzrə Özünüməşğulluq proqramına qoşulub, 2022-ci ilin iyun ayında 3 baş inək və 400 kq qarışıq yemlə təmin edilib.

Zaur malları şəxsən özü seçərək, razılığını bildirərkən yük avtomobilində heyvanlardan birinin yıxılması görüntüsü düzgün olmayan fikirlərin yaranmasına səbəb olub. Belə ki, inəklərin aparılması üçün gətirilən avtomobilin yük yeri kiçikhəcmli olduğundan sıxlıq yaranıb, biri büdrəyərək yıxılıb. Aktivlər vətəndaşa tam sağlam, baytar sənədi əsasında təhvil verilib.

Ona verilən heyvanlardan heç bir narazılıq və bu barədə hər hansı müraciət olmayıb.

2022-ci ilin dekabrında Zaur Ömərovun özünüməşğulluq fəaliyyətinin dəyərləndirilməsi məqsədilə keçirilmiş baxış zamanı həyat yoldaşı verilmiş aktivləri artıq satdıqlarını, Zaurun isə Rusiya Federasiyasında işlədiyini bildirib”.

 

View this post on Instagram

 

A post shared by Yeniavaz.com (@yeniavaz_com)