Məşhur aktrisa ailəsi üçün kömək istəyibbackend

Məşhur aktrisa ailəsi üçün kömək istəyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kahramanmaraşda zəlzələdə bibisi və nənəsi binada qalan məşhur aktrisa Melisa Aslı Pamuk sosial media hesabından kömək çağırıb.

NOCOMMENT xəbər verir ki, nənəsinin yeriyə bilmədiyini və binada ilişib qaldığını deyən aktrisa “Kimsə kömək edə bilər?” paylaşımı elədi.

Kahramanmaraşın Pazarcık bölgəsində səhər saat 4.17-də 7,4 bal gücündə zəlzələ baş verib. Təxminən 30 saniyə davam edən və bir çox vilayətdə hiss edilən zəlzələdə bir çox bina dağıldığı halda, dağıntılar altında qalan vətəndaşların xilas edilməsi işləri davam edir. Ötən gecə yeni serialı “Eqo”nun ilk bölümü ilə ekrana gələn gözəl aktrisa Melisa Aslı Pamuk bibisi və nənəsinin zəlzələdə qapalı qaldığını söyləyərək köməyə çağırıb.