Dünyaca məşhur aktrisa Olivia Vayld “Həkim Haus” serialının çəkilişləri zamanı ölüm təhdidləri ilə üzləşdiyini açıqlayıb.
NOCOMMENT.az xarici mediaya istinadən xəbər evrir ki, aktrisa bu barədə Səudiyyə Ərəbistanında keçirilən beynəlxalq film festivalında təşkil olunan mətbuat konfransında danışıb.
Vayldın sözlərinə görə, təhdidlər onun serialdakı həkim obrazını canlandıran Erik Forman (Omar Epps) ilə münasibətinə görə olub. O bildirib ki, həmin dövrdə studiyaya davamlı olaraq ölüm təhdidləri daxil olub.
Aktrisanın təhlükəsizliyini təmin etmək üçün şirkət onun üçün əlavə mühafizəçilər işə götürüb