Məşhur aktrisa da SAXLANILDIbackend

Məşhur aktrisa da SAXLANILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin məşhur “Adanalı” serialında Pınar obrazı ilə tanınan aktrisa Tuğçe Özbudak da İstanbulda keçirilən genişmiqyaslı narkotik əməliyyatı çərçivəsində saxlanılıb.

NOCOMMENT.az xəbər verir ki, İstanbul Respublika Prokurorluğu tərəfindən narkotik maddələrin istehsalı və dövriyyəsi, istifadəyə kömək etmə, saxlama və istifadə, həmçinin fahişəliyə təhrik və vasitəçilik ittihamları üzrə başladılan istintaq çərçivəsində İstanbul Polis İdarəsinin Narkotik Cinayətləri ilə Mübarizə Şöbəsi tərəfindən əməliyyat keçirilib.

Əməliyyat zamanı Tuğçe Özbudak da daxil olmaqla çoxsaylı şübhəli saxlanılıb. Hazırda saxlanılan şəxslərin polis bölməsində istintaq prosedurları davam edir.

Məlumata görə, Tuğçe Özbudak saxlanılmasından bir gün əvvəl Bodrumdan dəbdəbəli həyat tərzini əks etdirən sosial media paylaşımı edib. Həmin paylaşım saxlanılma xəbərindən sonra sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Əməliyyat çərçivəsində saxlanılan şəxslər arasında iş adamları və şou-biznes nümayəndələrinin də olduğu bildirilir. Saxlanılanlar arasında Fikrət Orman, Güzide Duran, Hakan Sabancı, Kerim Sabancı, Hande Erçel, Burak Elmas, Sezgin Köysuren, Ferhat Aydın, Koray Serenli, Onur Bükçü, İsmail Behram Perinçekli, Kaan Mellart, Didem Soydan, Onur Talay və Mustafa Tari də var.

Faktla bağlı araşdırma davam etdirilir.

Sara
NOCOMMENT.az