80-ci illərə iz qoymuş məşhur aktrisa və müğənni Harika Avcı çətin günlər keçirir. Bir müddətdir maddi sıxıntı yaşadığı bilinən və kirayə haqqını ödəyə bilməyən Harika Avcının özünü evinə bağladığı öyrənilib.
Onur Akay məşhur aktyorun həyatı ilə bağlı yeni məlumatlar paylaşıb.
Akay “Təəssüf ki, Harika Avcı özünü evə bağlayıb, sadəcə yatıb və ölümünü gözləyir ” sözlərini deyib.
Onur Akay Harika Avcının spirtli içki içməyə davam etdiyi üçün kömək ala bilmədiyini də iddia edib və bu açıqlamaları verib: “Təəssüf ki, spirtli içki içməyə davam etdiyi üçün dərnəklər kirayə haqqını ödəməyi dayandırıb və Avcı kirayə haqqını ödəməkdə çətinlik çəkir, hətta edə bilmir. Ətrafda yaşayan bir çox insanla danışdım, ev sahibi uzun müddət aktrisadan xəbər ala bilməyib deyə onun evinə qapını sındırıb girib .Qapı qırılanda Harika Ovterin evdə olduğunu anlayıb qışqırmağa başlayıblar. Onun yataq otağında çarpayısında yatdığını öyrənən polislər otağa girməyib.
Onun ətrafında olan bir çox insanlarla da əlaqə saxladım. Evinə qapanan Harika Avcının çətin vəziyyətdə olduğunu, hətta evindən zibillərin belə çıxarılmadığını, alış-verişin nadir hallarda edildiyini deyirlər. Bu sətirlərlə ona bir daha müraciət etmək istərdim. Qəbul etsəniz, Harika xanım, sizinlə əlaqə saxlamaq istərdilər” deyə aktrisaya səslənib.//Milli.Az