Məşhur aktrisa  üçüncü dəfə ana olub – FOTObackend

Məşhur aktrisa  üçüncü dəfə ana olub – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Türkiyə mətbuatına istinadən xəbər verir ki,məşhur aktrisa Vilma Elles üçüncü dəfə ana olub. Qızına Tiara Maqnoliya adını qoyan aktrisa həyat yoldaşı və uşaqları ilə birlikdə ailə pozası verib.

İllər əvvəl yayımlanan “Öyle Bir Geçer Zaman ki” serialında Caroline obrazı ilə yadda qalan və daha sonra bir çox layihələrdə yer alan Vilma Elles oktyabrın 5-də üçüncü dəfə analıq həyəcanını yaşayıb. Məşhur aktrisa 3 uşağı və həyat yoldaşı ilə ailə pozası verməyi də unutmayıb.

“Arzular gerçəkləşəndə”
Bir il əvvəl vəkil Mehmet Şah Çeliklə ailə quran Vilma Elles qızına Tiara Manolya adını verib. Hamiləliyi boyunca tez-tez sosial media hesabında paylaşımlar edən aktrisa ailə pozalarını da izləyicilərinə təqdim edib. Xəstəxanada 3 övladı və əri ilə pozalar verən Elles qeydini belə yazıb: “Tiara Magnolia, 05.10.2023. Xəyallar gerçəkləşəndə. Allaha şükürlər olsun”. Aktrisanın paylaşımına təbrik şərhləri və bəyənmələr tökülüb.

Xatırladaq ki,2015-ci ildə Vilma Elles iş adamı Arif Kərəm Gögüs ilə evliliyindən Milat və Melodi adlı əkiz körpələri dünyaya gəlib.