Amerika əsilli britaniyalı aktyor Şans Perdomo 27 yaşında vəfat edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “The Hollywood Reporter” jurnalı sənətçinin nümayəndələrinə istinadən məlumat yayıb.
O, martın 29-da baş verən qəzada dünyasını dəyişib.
“Onun sənətə olan həvəsi və həyata doymaz susuzluğu onu tanıyan hər kəs tərəfindən hiss olunurdu”, – deyə aktyorun nümayəndələri qeyd ediblər.
Qeyd edək ki, Perdomo “Sabrinanın soyuq sərgüzəştləri” , “V nəsli” və “After” kimi seriallarda da rol alıb.