Məşhur aktyor Rana Cabbar niyə öldü?backend

Məşhur aktyor Rana Cabbar niyə öldü?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir dövrə damğasını vuran Beren Saat və Kıvanç Tatlıtuğun baş rollarda çəkildiyi Aşk-ı Memnu serialının sevilən adı dünyasını dəyişib.

NOCOMMENT xəbər verir ki, serialda “Süleyman Əfəndi” obrazı ilə qəlbləri fəth edən məşhur kino və teatr aktyoru Rana Cabbar xəstələndikdən sonra xəstəxanaya aparılıb.

Reanimasiya şöbəsində müalicəsi davam etdirilən Cabbarın dünyasını dəyişdiyi öyrənilib. 1960-cı illərdə aktyorluq karyerasına başlayan Rana Cabbar 1980-ci illərdən sonra televiziya aktyoru olaraq davam etdi və son olaraq Kaçış serialında rol aldı.

İstanbulda doğulan ustad aktyor xəstəlik səbəbindən Rana Cabbar 78 yaşında dünyasını dəyişib. Sökmen Rəhbərliyi sənətçinin ölümünü açıqladı. “Dəyərli oyunçumuz Rana Cabbarı itirdiyimiz üçün dərin hüznlə üzülmüşük. Allah ona rəhmət eləsin, yaxınlarına və bütün azarkeşlərinə başsağlığı versin”, – deyə məlumatda bildirilir.