Türkiyəli məşhur aktyor Murat Cemcirin vəziyyəti pisləşib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.
Bildirilib ki, aktyor dünən evdə olarkən qəfil halı pisləşib və təcili yardım vasitəsilə özəl xəstəxanaya aparılıb. Həkimlər ona daxili qanaxma diaqnozu qoyublar. Hazırda aktyor reanimasiya şöbəsində nəzarət altındadır.
Onun səhhəti ilə bağlı əlavə məlumatın yaxın saatlarda açıqlanacağı gözlənilir.













